• 10.08.2020

Gürcüstan müsəlmanları Qurban bayramını qeyd edirlər

 Gürcüstan müsəlmanları Qurban bayramını qeyd edirlər

31 İyul, 2020 | 09:30

Gürcüstanda yaşayan müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edirlər.

NewsBureau xəbər verir ki, Tbilisi Cümə məscidində bayram namazı qılınıb.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov bayram münasibətilə müsəlmanları təbrik edib, onların ibadət və qurbanlarının qəbul olunmasını diləyib.

Bayram namazı Marneuli, Qardabani və digər rayonlardakı məscidlərdə də qılınıb.

Acarıstan müsəlmanları da Qurban bayramını qeyd edirlər. Onlar Batumi məscidində bayram namazına toplaşıblar. Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və qərbi Gürcüstan üzrə müfti Adam Şantadze müsəlmanları bayram münasibətilə təbrik ediblər.

Digər xəbərlər