• 10.08.2020

GMİ sədri: “Bəzi qüvvələr Gürcüstanda dinlərarası birliyə xələl gətirməyə çalışırlar”

 GMİ sədri: “Bəzi qüvvələr Gürcüstanda dinlərarası birliyə xələl gətirməyə çalışırlar”

31 İyul, 2020 | 20:58

“Gürcüstanda dinlər və məshəblər arasında vəhdəti sarsıtmağa çalışan qüvvələr var”.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov ölkənin baş naziri Giorgi Qaxaria ilə görüşdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda tolerantlıq və dinlər arasında qarşılıqlı hörmət mövcuddur: “Lakin təəssüflər olsun ki, bəzi qüvvələr dinlərarası birliyə xələl gətirməyə cəhdlər edirlər. Belə təxribatlar müəyyən siyasi və ideoloji maraqlar məqsədilə törədilir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir”.

GMİ sədri həmçinin deyib ki, Gürcüstanda qeyri-ənənəvi dini cərəyanların təbliğatı, dini radikalizm və ekstremizmə meylliyin qarşısı alınmalıdır: “Bunun üçün bölgələrdə yeni məscidlər inşa etdirilməli və İslam dini sağlam tərzdə təbliğ olunmalıdır”.

Baş nazir GMİ sədrinin fikirlərini dəstəklədiyini söyləyib. O həmçinin bildirib ki, Gürcüstandakı məscidlərin qeydiyyata alınması prosesinin davam etdirilməsi və tarixi dini ibadət yerlərinə xüsusi statusun verilməsi məsələsi hökumətin diqqətindədir. 

Digər xəbərlər