Qazaxıstanda Gürcüstan vətəndaşı qətlə yetirilib

 Qazaxıstanda Gürcüstan vətəndaşı qətlə yetirilib

30 İyul, 2020 | 16:35

Qazaxıstanda Gürcüstan vətəndaşı soyuq silahla qətlə yetirilib.

NewsBureau xəbər verir ki, öldürülən şəxs Telavi sakini 42 yaşlı Levan Qremelaşvilidir.

Qətlin motivi hələ məlum deyil.

Yayılan məlumatlara əsasən, L.Qremelaşvili bir neçə ay öncə Qazaxıstana gedib və orada şəxsi biznesi olub. Onun gürcü tanışı tərəfindən öldürüldüyü bildirilir.

Gürcüstan vətəndaşının cənazəsinin vətənə çatdırılması istiqamətində işlər görülür.

Digər xəbərlər