• 13.08.2020

Rusiya klubuna keçən Gürcüstanın basketbol yığmasının kapitanı tənqid olunub

 Rusiya klubuna keçən Gürcüstanın basketbol yığmasının kapitanı tənqid olunub

9 İyul, 2020 | 17:44

Gürcüstanın basketbol üzrə komandasının kapitanı Tornike Şengeliya rəsmən Rusiyanın Mərkəzi Ordu İdman Klubunun (ЦСКА) üzvü olub.

NewsBureau xəbər verir ki, İspaniyanın “Baskoniya” komandasını tərk edən peşəkar idmançı Moskva klubu ilə üçillik müqavilə imzalayıb.

T.Şengeliyanın bu addımı vətənində böyük narazılıqla qarşılanıb. Gürcüstan Prezidenti Salome Zurabişvili idmançının bu qərarını qəbuledilməz adlandırıb.

Sosial şəbəkələrin gürcü istifadəçiləri də basketbolçunun addımını kəskin tənqid ediblər.

Qeyd edək ki, T.Şengeliya “Baskoniya” klubunda 2014-cü ildən çıxış edib. O, bu ilin fevralında İspaniyanın ən yaxşı basketbolçusu adına layiq görülüb.

Digər xəbərlər