• 13.08.2020

Gürcüstanda işsizlərin kompensasiya alması üçün qeydiyyat müddəti uzadılıb

 Gürcüstanda işsizlərin kompensasiya alması üçün qeydiyyat müddəti uzadılıb

9 İyul, 2020 | 16:00

Gürcüstan hökumətinin qərarı ilə koronavirus pandemiyasına görə işini itirən vətəndaşların kompensasiya almaları üçün qeydiyyat müdddəti avqustun 1-dək uzadılıb.  

NewsBureau xəbər verir ki, bu vətəndaşlara rəsmi olaraq işləyən və böhrana görə işsiz qalan, həmçinin özüməşğul şəxslər aiddir.

Baş nazir Giorgi Qaxaria bildirib ki, ehtiyac yaranacağı təqdirdə müddət yenidən uzadıla bilər.

Qeyd edək ki, rəsmi işini itirənlər 6 ay ərzində 200 lari, özüməşğul şəxlər birdəfəlik 300 lari həcmində maliyyə yardımı alırlar.

Bundan başqa, xaricdə mövsümi işlərdə çalışan vətəndaşlara 300 lari həcmində kompensasiya veriləcək.  

Digər xəbərlər