• 13.08.2020

Gürcüstanda kimlərə hərbi xidmətdən möhlət hüququ veriləcək?

 Gürcüstanda kimlərə hərbi xidmətdən möhlət hüququ veriləcək?

2 İyul, 2020 | 17:04

Gürcüstanda peşə kolleclərinin tələbələri təhsil aldıqları müddətdə hərbi xidmətə çağırılmayacaqlar.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O qeyd edib ki, bu təşəbbüs ölkədə peşə təhsilinin inkişafına təkan verəcək.

Hökumət başçısının sözlərinə görə, hərbi xidmətdən möhlət birdəfəlik olacaq: “Məlum olduğu kimi, peşə təhsili üzrə kurslar 12 və ya 24 ay davam edir. Gənclər bu təhsil müəssisələrinə 15 yaşından qəbul olunurlar. Bu, hərbi xidmətdən yayınmaq üçün vasitə olmayacaq. Çünki möhlət birdəfəlik olacaq və biz gənclər üçün peşəyə yiyələnmək imkanı yaradacağıq”.

Digər xəbərlər