• 09.07.2020

Türkiyədə işləyən Gürcüstan vətəndaşları etiraz aksiyası keçirib

 Türkiyədə işləyən Gürcüstan vətəndaşları etiraz aksiyası keçirib

1 İyul, 2020 | 14:50

Acarıstanda Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsi yaxınlığında etiraz aksiyası keçirilib.

NewsBureau xəbər verir ki, etirazçılar sərhədin açılmasını tələb ediblər.

Aksiyada Türkiyədə mövsümi işlərdə çalışan Gürcüstan vətəndaşları iştirak ediblər.

Gürcüstan hökuməti xarici ölkələrdə mövsümi işlərdə işləyən vətəndaşlara 300 lari məbləğində təzminat verəcək. Lakin aksiyaçılar bu məbləğin yetərli olmadığını bildiriblər.

Qeyd edək ki, Gürcüstan və Türkiyə arasında gediş-gəliş pandemiya səbəbindən martın 15-dən dayandırılıb. /Report/

Digər xəbərlər