• 09.07.2020

Gürcüstanda koronaviruslu xəstələrin 86%-i sağalıb

 Gürcüstanda koronaviruslu xəstələrin 86%-i sağalıb

30 İyun, 2020 | 15:20

Gürcüstanda koronavirusa yoluxan şəxslərin 86%-i müalicə olunaraq sağalıb.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, 119 aktiv COVID-19 xəstəsinin müalicəsi davam etdirilir.

A.Qamkrelidze deyib ki, Gürcüstanda koronavirusdan ölüm göstəricisi 1,6% təşkil edir.

Mərkəz rəhbəri ölkədəki epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb. /Report/

Digər xəbərlər