• 09.07.2020

Gürcüstanda insanlar ən çox hansı xəstəlikdən vəfat edir?

 Gürcüstanda insanlar ən çox hansı xəstəlikdən vəfat edir?

30 İyun, 2020 | 20:42

Ötən il Gürcüstanda 46 659 nəfər vəfat edib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Dünyasını dəyişənlərin 24 019-u kişi, 22 640-ı isə qadın olub.

Ölüm hallarının böyük əksəriyyəti qan dövranı sistemi xəstəlikləri ilə bağlıdır. 2019-cu ildə bu xəstəliklərdən 21 448 nəfər vəfat edib.  

İkinci yerdə onkoloji xəstəliklərdir ki, bu səbədən ölənlərin sayı 7 873 nəfər təşkil edir.

Ötən il 2 295 nəfərin ölüm səbəbi zəhərlənmə və xarici amillərin yaratdığı digər fəsadlarla bağlı olub.

Həzm sistemi orqanları, endokrin sistem, qidalanma pozğunluğu və maddələr mübadiləsi, tənəffüs sistemi və digər xəstəliklər də əsas ölüm səbəbləri arasında yer alıb.

Digər xəbərlər