• 09.07.2020

Rustavi və digər 5 şəhər üçün yeni avtobuslar alınır

 Rustavi və digər 5 şəhər üçün yeni avtobuslar alınır

29 İyun, 2020 | 11:33

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi 6 şəhər üçün 175 avtobus alacaq.

NewsBureau xəbər verir ki, avtobusların 60-ı Kutaisi, 40-ı Rustavi, 30-u Qori, 25-i Zuqdidi üçün nəzərdə tutulub.

Telavi və Poti şəhərlərinin hər biri üçün isə 25 avtobus əldə olunacaq.

Tenderi Türkiyənin “Otokar Otomotiv ve Savunma Sanayi A.S.” şirkəti udub. Şirkət 2020-ci ilin payızından ilin sonuna qədər bələdiyyələri 117 ədəd 8,5 metrlik və 58 ədəd 10 metrlik avtobuslarla təmin etməlidir.

Müqavilənin dəyəri 18,7 milyon avro təşkil edir. Layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.

Digər xəbərlər