• 09.07.2020

İyulun 1-dək Gürcüstanda necə hava gözlənilir?

 İyulun 1-dək Gürcüstanda necə hava gözlənilir?

27 İyun, 2020 | 11:10

Gürcüstanda dəyişkən hava iyulun 1-dək davam edəcək.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Ölkənin qərbində qısamüddətli yağışlar gözlənilir. Havanın temperaturu +26-dan +31-dək yüksələcək.

Gürcüstanın şərqində isə arabir yağış yağacaq, dolu da proqnoz olunur. Ölkənin bu hissəsində hava iyunun 28-də nisbətən aydınlaşacaq. Temperaturun +23-dən +28-dək yüksələcəyi gözlənilir.

Tbilisidə iyunun 28-dək qısamüddətli yağışlar yağacaq. Paytaxtda havanın temperaturu +26-dan +28-dək təşkil edəcək. İyulun 1-dək şəhərdə gecə saatlarında yağış gözlənilir. Hava gələn həftənin ortasından +31 dərəcəyədək istiləşəcək.

Digər xəbərlər