• 09.07.2020

Gürcüstanda tədris prosesi yeni model üzrə bərpa oluna bilər

 Gürcüstanda tədris prosesi yeni model üzrə bərpa oluna bilər

27 İyun, 2020 | 11:20

Gürcüstanın Təhsil Nazirliyi bu ilin payızında tədris prosesinin qarışıq model üzrə bərpası imkanlarını nəzərdən keçirir.

NewsBureau xəbər verir ki, bu barədə nazir müavini Eka Dqebuadze bildirib.

Ölkədə dövlət məktəblərində dərslərin adi rejimdə sentyabrın 15-də bərpa olunacağı gözlənilir. Təhsil Nazirliyi dərslərin bir hissəsinin siniflərdə, digər hissəsinin isə distant formada keçiriləcəyini istisna etmir.

Nazir müavini qeyd edib ki, şagirdlərə hansı təhsil formasının təklif olunacağı nəzərdən keçirilir: “Əsas məqsədimiz ondan ibarətdir ki, tədris prosesi siniflərdə bərpa edilsin”.

Digər xəbərlər