• 09.07.2020

Gürcüstana gələn əcnəbilər COVID-19-dan sığortalanacaq

 Gürcüstana gələn əcnəbilər COVID-19-dan sığortalanacaq

27 İyun, 2020 | 10:55

Gürcüstan hökuməti sığorta şirkətləri ilə birgə ölkəyə səfər edəcək turistlər üçün koronavirusdan sığorta paketinin hazırlanması məsələsini nəzərdən keçirir.  

NewsBureau xəbər verir ki, paketin dəyəri hələ müəyyən edilməyib.

Xüsusi sığorta paketinin gündəlik tarifinin 1 – 1,5 ABŞ dolları olacağı gözlənilir.

Xarici vətəndaşlar üçün COVID-19-dan sığorta məcburi və əlçatan olacaq.

Qeyd edək ki, Gürcüstan sərhədlərini turistlər üçün iyulun 1-də açmağı nəzərdə tutsa da, bu tarix avqustun 1-nə keçirilib. 

Digər xəbərlər