• 09.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 919-a çatıb

 Gürcüstanda koronavirusa yoluxanların sayı 919-a çatıb

26 İyun, 2020 | 09:40

Gürcüstanda son sutka ərzində koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı www.stopcov.ge saytında bildirilib.

Bununla da, ölkədə COVID-19-a yoluxanların sayı 919-a çatıb. Onların 780-i sağalıb, 14-ü isə vəfat edib.

Hazırda karantində 2 687, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır. 

Digər xəbərlər