Gürcüstanda koronavirus: 805 nəfər yoluxub, 650 nəfər sağalıb

 Gürcüstanda koronavirus: 805 nəfər yoluxub, 650 nəfər sağalıb

5 İyun, 2020 | 10:13

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 805-ə çatıb.

NewsBureau xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin yaratdığı www.stopcov.ge saytında yerləşdirilib.

İndiyədək ölkədə bu xəstəlikdən 650 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır.

Digər xəbərlər