Gürcüstanda hava 37 dərəcəyədək istiləşəcək

 Gürcüstanda hava 37 dərəcəyədək istiləşəcək

5 İyun, 2020 | 13:45

İyunun 6-dan 9-dək Gürcüstanın əksər bölgələrində isti və yağıntısız hava şəraiti gözlənilir.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Ayın 7-8-də ölkənin qərbində havanın temperaturu +32, +36 dərəcə, şərqində isə +27, +32 dərəcəyədək yüksələcək.

Tbilisidə də mülayim və yağıntısız hava proqnoz olunur. Havanın temperaturu +30, +32 dərəcə təşkil edəcək.

Digər xəbərlər