Tbilisidə yanlış parkinqə görə cərimələr silinəcək

 Tbilisidə yanlış parkinqə görə cərimələr silinəcək

4 İyun, 2020 | 16:26

Gürcüstan parlamentinə yeni qanunvericilik təşəbbüsü təqdim olunub.

NewsBureau xəbər verir ki, sənəddə “C.T. Park” şirkətinin yanlış parkinqə görə yazdığı cərimələrin silinməsi nəzərdə tutulub.

Təşəbbüs Tbilisi meri Kaxa Kaladzeyə məxsusdur. 2018-ci ilin 10 aprelinədək yazılan cərimələrin ümumi məbləği 850 min lari təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin aprelində Tbilisi meriyası “C.T. Park” şirkəti ilə müqaviləyə xitam verib. Şirkət 2007-ci ildən paytaxtda parklanmanın idarə olunması ilə bağlı eksklüziv hüquqa malik olub.

Digər xəbərlər