Gürcüstanda tibbi maska taxmamağa görə cərimənin məbləği müəyyən edilib

 Gürcüstanda tibbi maska taxmamağa görə cərimənin məbləği müəyyən edilib

4 İyun, 2020 | 19:10

Qapalı ictimai yerlərdə tibbi maskadan istifadə etməyən fiziki şəxslər 50 lari məbləğində cərimə olunacaqlar.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

Onun sözlərinə görə, hüquqi şəxslərə tətbiq olunacaq cərimənin məbləği isə 500 lari təşkil edəcək.

Deputat qeyd edib ki, hüquqi şəxslər fiziki şəxsin tibbi maska taxmasına nəzarət həyata keçirməlidir.

A.Oxanaşvili qanun layihəsinin gələn həftə parlamentdə müzakirə olunaraq qəbul ediləcəyini deyib.

Açıq məkanlarda tibbi maskadan istifadə etməməyə görə hər hansı cərimə nəzərdə tutulmayıb.

Digər xəbərlər