• 02.07.2020

İstanbulda fabrikdə güclü partlayış olub, Gürcüstan vətəndaşı ölüb – FOTO

 İstanbulda fabrikdə güclü partlayış olub, Gürcüstan vətəndaşı ölüb – FOTO

30 May, 2020 | 13:33

İstanbulda cins parça istehsal olunan fabrikdə güclü partlayış baş verib.

NewsBureau xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə mayın 29-da səhər saatlarında qeydə alınıb. Partlayış fabrikin qazanxana sexində baş verib. Binanın divarları və damı dağılıb.

Xilasedicilər dağıntılar altında iki nəfərin meyitini aşkar ediblər. Onlardan biri 45 yaşlı Gürcüstan vətəndaşı Aleksandr Çitauridir.

Məlumatlara əsasən, A.Çitauri fabrikin əməkdaşı olub. Məlum olub ki, cins parçaların qaynadıldığı iri qazan partlayıb.

Digər xəbərlər