• 15.08.2020

Gürcüstan Ermənistana 4 min ədəd tibbi maska hədiyyə edib

 Gürcüstan Ermənistana 4 min ədəd tibbi maska hədiyyə edib

30 May, 2020 | 13:49

Gürcüstan Ermənistana yerli istehsal olan 4 min ədəd tibbi maska hədiyyə edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Tərəfdaşlıq Fondu məlumat yayıb.

Ermənistana göndərilən maskalar “New Technologie Impex” müəssisəsinin istehsal etdiyi ilk partiyadır. Şirkət Fondun dəstəyi ilə yaradılıb.

Təşkilatdan bildirilib ki, Gürcüstan səfirinin köməyi ilə maskalar Ermənistanın prezidenti və Səhiyyə Nazirliyi, həmçinin biznes və hökumət nümayəndələrinə təqdim olunub.

Ermənistan tərəfi köməyə görə təşəkkür edib. Tibbi maskalar ölkənin tibb işçilərinə verilib.

Digər xəbərlər