• 15.08.2020

Marneulidə yeni sərnişin avtobusları istifadəyə veriləcək – FOTO

 Marneulidə yeni sərnişin avtobusları istifadəyə veriləcək – FOTO

29 May, 2020 | 12:21

Payızdan etibarən Marneulinin bələdiyyə avtoparkına dizel mühərrikilə işləyəcək “Avro 5” standartlı 5 sərnişin avtobusu əlavə olunacaq.

NewsBureau xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsindən bildirilib.

Meriya “ISUZU” markalı avtobusların alınması üçün tenderdə qalib gələn “GT Group” MMC şirkəti ilə artıq müqavilə imzalayıb. Sənədin imzalanması bələdiyyə meriyasının binasında baş tutub.

Bələdiyyə sözügedən avtobusların alınması üçün bu ilin yerli büdcəsindən 1 311 000 lari həcmində vəsait ayırıb.

Avtobusların hər biri 25 sərnişin üçün nəzərdə tutulub, 21 oturacağı var və sağlamlıq imkanları məhdud olan şəxslər üçün də tam şəkildə uyğunlaşdırılıb.

Digər xəbərlər