• 27.05.2020

Gürcüstanda cərimələr üçün möhlət müddəti başa çatıb

 Gürcüstanda cərimələr üçün möhlət müddəti başa çatıb

23 May, 2020 | 13:52

Gürcüstanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsinə tətbiq olunan möhlətin müddəti başa çatıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən  (DİN) bildirilib.

Gürcüstanda bu cərimələrin ödəniş müddəti martın 28-dən fövqəladə vəziyyətin başa çatmasına qədər təxirə salınmışdı. Artıq bu gündən etibarən 30 gün ərzində cərimələr ödənilməlidir və ya onlardan şikayət verilə bilər.

DİN-nin Tbilisi və Rustavidəki xidmət mərkəzləri mayın 27-dən vətəndaşların qəbulunu bərpa edəcək. Mərkəzlərə gələn şəxslər mütləq tibbi maska taxmalıdırlar.

Digər xəbərlər