Gürcüstanda bankomat partladılıb, külli miqdarda pul oğurlanıb

 Gürcüstanda bankomat partladılıb, külli miqdarda pul oğurlanıb

23 May, 2020 | 13:27

Çoxatauri rayonunun Koxnari kəndinin İcma Mərkəzinin binasıda partlayış baş verib.

NewsBureau xəbər verir ki, bu barədə “Mtavari arxi” trelekanalı məlumat yayıb.

Hadisə ötən gün saat 23:30 radələrində qeydə alınıb. Həmin vaxt Gürücüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı qüvvədə olub.

İlkin ehtimallara əsasən, mərkəzin zalında olan “Liberty Bank”ın bankomatı partladılıb. Partlayışdan sonra cinayətkar və ya cinayətkarların bankomatdan bir neçə min lari pul oğurladıqları bildirilir.

Hadisə nəticəsində İcma Mərkəzinin qapıları, tavanı, ofis mebeli və texnikasına da ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər