• 27.05.2020

Gürcüstan həbsxanalarında məhbuslarla görüşlər bərpa olunur

 Gürcüstan həbsxanalarında məhbuslarla görüşlər bərpa olunur

23 May, 2020 | 14:28

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan müttəhim və məhkumlarla mayın 25-dən etibarən qısamüddətli görüşlərə yenidən icazə veriləcək.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Tea Tsulukiani bildirib.

Onun sözlərinə görə, görüşlər yalnız şüşə arakəsmələr vasitəsilə olacaq:

“Hər bir ziyarətçi tibbi maska taxmalı və digər sanitar qaydalara mütləq riayət etməlidir”.

Nazir qeyd edib ki, penitensiar müəssisələrdə bağlamaların qəbulu mayın 20-dən bərpa olunub.

Digər xəbərlər