Acarıstan “yaşıl zona” elan edilib

 Acarıstan “yaşıl zona” elan edilib

23 May, 2020 | 21:23

Acarıstan Muxtar Respublikası “yaşıl zona” elan olunub.

NewsBureau xəbər verir ki, bölgədə koronavirusa yoluxanların hamısı sağalıb.

MR-in hökumət başçısı Tornike Rijvadze bildirib ki, aprelin 30-dan etibarən bölgədə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

Onun sözlərinə görə, virusa yoluxan son iki şəxs də artıq müalicə olunub və evə buraxılıb.

Qeyd edək ki, Acarıstanda COVID-19-a ilk yoluxma halı martın 14-də təsdiqlənib. Bölgədə virusa 71 nəfərdə aşkarlanıb, onların 1-i dünyasını dəyişib.

Digər xəbərlər