• 30.05.2020

Muşevani və Geta kəndlərinə giriş-çıxış nə vaxt bərpa olunacaq?

 Muşevani və Geta kəndlərinə giriş-çıxış nə vaxt bərpa olunacaq?

22 May, 2020 | 13:18

Bolnisinin Muşevani və Geta kəndləri bağlı olaraq qalacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O deyib ki, hər iki kəndə giriş-çıxış iki inkubasiya dövrü müddətində qadağa olunacaq: “Hamını müayinə edəndən sonra və son yoluxma halının aşkarlanmasından 14 gün sonra bu kəndlərin açılması barədə danışmaq mümkün olacaq”.

Mərkəz rəhbəri qeyd edib ki, kənd sakinləri tövsiyələrə əməl etmədiyinə görə koronavirusun geniş yayılması baş verib.

Digər xəbərlər