• 02.07.2020

Mer: “Sabahdan Bolnisiyə giriş-çıxış bərpa olunur”

 Mer: “Sabahdan Bolnisiyə giriş-çıxış bərpa olunur”

22 May, 2020 | 18:30

“Sabahdan etibarən bütün vətəndaşlar Bolnisidən heç bir problem olmadan çıxa biləcəklər”.

NewsBureau xəbər verir ki, bu barədə Bolnisi meri David Şerazadişvili bildirib.

O deyib ki, Muşevani və Geta kəndlərində sərt karantin rejimi qüvvədə qalacaq: “İki ay ərzində bələdiyyə əhalisi karantin şəraitində yaşamalı olub. Bu dövr asan keçməyib. Əhalinin böyük hissəsi məhdudiyyət və qaydalara əməl etdiyindən vəziyyəti sabit saxlamaq mümkün olub”.

Merin sözlərinə görə, Bolnisidə 2 500-dən çox koronavirus testi aparılıb.

D. Şerazadişvili qeyd edib ki, epidemioloqlar Muşevani və Geta kəndlərində işlərini davam etdirəcəklər: “Ümid edirik ki, tezliklə bu kəndlərə də giriş-çıxış açılacaq”.

Digər xəbərlər