• 30.05.2020

İmnadze: “Muşevani və Getada vəziyyət gərgin olaraq qalır”

 İmnadze: “Muşevani və Getada vəziyyət gərgin olaraq qalır”

22 May, 2020 | 10:12

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndlərində epidemioloji vəziyyət gərgin olaraq qalır.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, ən böyük çətinlik məhz bu iki kənddədir.

P.İmnadze qeyd edib ki, ötən gün baş nazir və Kvemo Kartli qubernatorunun iştirakı ilə işçi görüş keçirilib. Görüşdə Bolnisi bələdiyyəsində epidemioloji vəziyyətin fövqəladə vəziyyət rejiminin başa çatmasından sonra hansı vasitələrlə nəzarətdə saxlanılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, indiyədək Bolnisidə COVID-19-a 160 nəfər yoluxub. Onların 66-sı artıq sağalıb, 3-ü isə ölüb. Bu günədək Muşevanidə 51, Getada isə 18 yoluxma faktı təsdiqlənib. /Report/

Digər xəbərlər