• 15.08.2020

Gürcüstanda toylar hansı tarixədək qadağan olunub?

 Gürcüstanda toylar hansı tarixədək qadağan olunub?

22 May, 2020 | 19:41

Gürcüstanda iyulun 15-dək toy və digər bu kimi izdimahlı tədbirlərin keçirilməsinə icazə verilməyəcək.

NewsBureau xəbər verir ki, bu barədə ölkə parlamentinin Hüquq məsələləri üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

“Bu gün saat 00:00-dan etibarən ölkədə fövqəladə vəziyyətin müddəti başa çatır. Sabahdan başlayaraq fərqli rejim qüvvəyə minəcək”, – o deyib.

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib. Layihəyə əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib. /IPN/

Digər xəbərlər