• 15.08.2020

Gürcüstanda ictimai nəqliyyatada sərnişinlərə limit qoyulacaq

 Gürcüstanda ictimai nəqliyyatada sərnişinlərə limit qoyulacaq

22 May, 2020 | 15:18

Gürcüstanda ictimai nəqliyyatda sərnişinlərin sayına limitin qoyulması planlaşdırılır.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırda bu sahə üçün reqlament hazırlanır: “Limitin olacağı mümkündür. Bu halda sürücünün də qorunması vacibdir”.

Qeyd edək ki, ictimai nəqliyyat işini bərpa edəndən sonra sərnişinlərin tibbi maska taxması məcburi olacaq. Nəqliyyatın işə düşmə tarixi hələ müəyyən edilməyib.

Digər xəbərlər