• 30.05.2020

Bolnisidə xüsusi nəzarət-buraxılış məntəqələri yığışdırılıb – FOTO

 Bolnisidə xüsusi nəzarət-buraxılış məntəqələri yığışdırılıb – FOTO

22 May, 2020 | 23:38

Bolnisidə nəzarət-buraxılış məntəqələrinin demontajı üzrə işlər aparılıb.

NewsBureau xəbər verir ki, bu barədə rayon bələdiyyəsi məlumat yayıb.

Müdafiə Qüvvələrinin nümayəndələri çadırları və xüsusi yol nişanlarını yığışdırıblar.

Qeyd edək ki, Bolnisidə karantin rejimi 61 gün tətbiq olunub. İndiyədək rayonda koronavirusa 160 nəfər yoluxub. Onların 74-ü artıq sağalıb, 3-ü isə vəfat edib.

Ölkədə fövqəladə vəziyyətin mayın 23-də başa çatmasına baxmayaraq, Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndlərində karantin rejimi saxlanılacaq.

Digər xəbərlər