• 31.05.2020

Tbilisinin ictimai nəqliyyatında yeni qaydalar tətbiq olunacaq

 Tbilisinin ictimai nəqliyyatında yeni qaydalar tətbiq olunacaq

Tbilisi meri Kaxa Kaladze koronavirusun şəhərin ictimai nəqliyyatında yayılmasının qarşısını almaq üçün yeni qaydaların tətbiq olunacağını bildirib.

NewsBureau xəbər verir ki, yeniliklərə əsasən, ictimai nəqliyyatda sərnişinlərin əyləşmə qaydalarına nəzarət həyata keçiriləcək.

Merin sözlərinə görə, vaksinin hazırlanmasına qədər insanlar bəlkə də koronavirusla birgə yaşamağa öyrəşməli olacaqlar: “Hamı sosial məsafə saxlamalı və tövsiyələrə əməl etməlidir. İctimai nəqliyyatda sərnişinlərə harada əyləşmək, necə durmaq qaydalarını izah edəcək nəzarətçilər olacaq. Lakin cəmiyyətin ehtiyatlı olması bu mənada xüsusi əhəmiyyət kəsb edir”.

K.Kaladze qeyd edib ki, mütəxəssislərin müvafiq tövsiyələrindən sonra ictimai nəqliyyatın işi bərpa olunacaq.

Digər xəbərlər