• 28.05.2020

Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı paylanılır – FOTO

 Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı paylanılır – FOTO

Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşlarına ərzaq yardımlarının paylanılmasına başlanılıb.

NewsBureau xəbər verir ki, yardım kampaniyasının ilk günündə Tbilisidə yaşayan və ehtiyacı olan soydaşlarımıza ilkin tələbat qida məhsullarının yer aldığı qutular təqdim olunub.

Ərzaqların paylanılmasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) icraçı katibi Nəriman Qurbanov da iştirak edib.

Qeyd edək ki, yardım kampaniyası Azərbaycan səfirliyinin təşəbbüsü və AZEBİ-də təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. Kampaniya ümumilkdə 1000 ailəni əhatə edəcək.

Ərzaq yardımı Tbilisi ilə yanaşı, Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə yaşayan azərbaycanlılara da göstəriləcək. /Report/

Digər xəbərlər