• 28.05.2020

Gürcüstanda koronavirusla bağlı dəqiq proqnoz yoxdur

 Gürcüstanda koronavirusla bağlı dəqiq proqnoz yoxdur

“Gürcüstanda koronavirusun yayılmasının pik həddi aprelin sonunda, mayın əvvəlində gözlənilir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, bütün proqnozlar şərtidir”.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu gün Gürcüstan infeksiyanın daxili yayılması mərhələsindədir və epidemioloqlara pik həddin nə vaxt olacağı ilə bağlı dəqiq müddəti demək çətindir: “Təəssüflər olsun ki, hələ dəqiq proqnoz etmək imkanımız yoxdur. Bu, həm vətəndaş, həm hökumət və həm də iqtisadiyyat üçün ən böyük çağırışdır”. 

Digər xəbərlər