• 28.05.2020

“Teleməktəb”də bu həftə azərbaycanlı məktəblilər üçün gürcü dili dərsi olacaq

 “Teleməktəb”də bu həftə azərbaycanlı məktəblilər üçün gürcü dili dərsi olacaq

Gürcüstanın Birinci kanalında yayıma başlayan “Teleməktəb” layihəsinin ilk həftəsində azərbaycandilli məktəblər üçün də dərs nəzərdə tutulub.

NewsBureau xəbər verir ki, cümə günü “Gürcü dili ikinci dil kimi” dərsi keçiriləcək.

Saat 14:00-dan 15:00-dək yayımlanacaq dərs aşağı, orta və yuxarı siniflər üçün nəzərdə tutulub.

Gələn həftədən etibarən ümumi biliklər, riyaziyyat və ana dili dərsləri də əlavə olunacaq.

Birinci kanal teledərsləri televiziya ilə yanaşı, rəsmi saytı (1tv.ge), “Facebook” və Youtube  kanalı üzərindən də nümayiş etdirir.

Digər xəbərlər