• 09.04.2020

Qaracalar kəndinə koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı materiallar çatdırılıb

 Qaracalar kəndinə koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı materiallar çatdırılıb

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri ötən gün Kaxeti bölgəsinin Qaracalar kəndində olub.

NewsBureau xəbər verir ki, o, Kaxeti qubernatoru İrakli Kadaqişvili və Telavi bələdiyyəsinin meri Şota Nareklişvili ilə birgə kənd sakinlərinə koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı çap materialları paylayıb.

L.Giqauru bildirib ki, məlumatlandırıcı materialların çap və paylanılması prosesi davam etdirilir.

O, Qaracalar kəndinə 5000-dən çox müxtəlif növ flayer və posterlərin çatdırıldığını qeyd edib.

Digər xəbərlər