• 28.05.2020

Marneuli və Bolnisidə koronavirus aşkarlanıb? – Qubernatordan AÇIQLAMA

 Marneuli və Bolnisidə koronavirus aşkarlanıb? – Qubernatordan AÇIQLAMA

“Marneulidə 15 min nəfər, Bolnisidə isə 3400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib”.

NewsBureau xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, aparılan test yoxlamalarının nəticəsində iki rayonda koronavirusa hələ hər hansı bir yoluxma halı təsdiqlənməyib.

Qubernatorun sözlərinə görə, Marneuli və Bolnisidə ciddi karantin rejimi normal qaydada davam edir: “Hazırda hər iki bələdiyyədə ərzaq məhsulları, yanacaq və dərman preparatları kifayət qədərdir. Bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq”. Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları hər iki rayonda martın 23-dən ciddi karantin rejimi tətbiq olunur. /Report/

Digər xəbərlər