• 09.07.2020

Gürcüstanda koronavirusa yoluxma sayı 79-a çatıb

 Gürcüstanda koronavirusa yoluxma sayı 79-a çatıb

Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 79-a çatıb.

NewsBureau xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin yaratdığı www.stopcov.ge saytında yerləşdirilib.

Hazırda karantində 4 346, stasionar nəzarətdə isə 247 nəfər saxlanılır.

Virusa yoluxanların 10-u tam sağalıb. Aktiv virus daşıyıcılarının sayı 69 nəfərdir.

Digər xəbərlər