• 30.03.2020

Gürcüstanda 5 uşaq koronavirusa yoluxub

 Gürcüstanda 5 uşaq koronavirusa yoluxub

Son məlumatlara əsasən, Gürcüstanda koronavirusa yoluxan 5 uşaq var.

NewsBureau xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, uşaqların hamısında xəstəlik yüngül formada keçir və heç birində ağciyərlərin iltihabı yoxdur.

Qeyd edək ki, Gürcüstanda ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.

Digər xəbərlər