• 05.07.2020

StopCov.ge saytı Azərbaycan dilində fəaliyyətə başlayıb

 StopCov.ge saytı Azərbaycan dilində fəaliyyətə başlayıb

Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi www.stopcov.ge saytının azərbaycandilli versiyası fəaliyyətə başlayıb.

NewsBureau xəbər verir ki, internet resursda ölkədə koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizəyə qarşı atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.

Martın 3-dən istifadəyə verilən rəsmi sayt gündəlik olaraq yenilənir.

StopCov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın erməni dilində də versiyası hazırlanır.

Digər xəbərlər