• 09.07.2020

Şota Rexviaşvili: “Marneuli əhalisinin ərzaqla təminatı adi rejimdə davam etdirilir”

 Şota Rexviaşvili: “Marneuli əhalisinin ərzaqla təminatı adi rejimdə davam etdirilir”

Marneuli əhalisinin ərzaq məhsulları ilə təminatı adi rejimdə davam etdirilir.

NewsBureau xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, ötən gün “Liberty Bank”ın fəaliyyətində çətinlik olub, lakin tezliklə aradan qaldırılıb və vətəndaşlar bankın bankomatlarından pulu rahatlıqla çıxara biliblər.

Qubernator qeyd edib ki, qida məhsullarının mağazalara çatdırılmasında da heç bir problem yaşanmır.

Qeyd edək ki, martın 23-dən Marneulidə ciddi karantin rejimi tətbiq olunur.

Digər xəbərlər