• 09.07.2020

Ruslan Hacıyev etnik mövzuda təhqirlər barədə: “Ciddiyə almayın”

 Ruslan Hacıyev etnik mövzuda təhqirlər barədə: “Ciddiyə almayın”

“Bir neçə səfeh və axmaq adamın etnik mövzuda yazdıqlarını ciddiyə almayın”.

NewsBureau xəbər verir ki, bu sözləri Marneulidən majoritar deputat Ruslan Hacıyev özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu məsələ barədə hüquq mühafizə orqanları məlumatlıdırlar və lazımı addımlar atılacaq.

R.Hacıyev qeyd edib ki, virisun nə milləti, nə dini var: “Biz, gürcü qardaşlarımızla birgə bunu bilirik və təsdiq edirik ki, biz azərbaycanlılar Gürcüstanın tamhüquqlu vətəndaşlarıyıq. Gürcüstan bizim ana vətənimizdir. Bu torpaqlarda gürcü qardaşlarımızla bərabər bizim babalarımız yaşayıb, biz yaşayırıq və bizim balalarımız da yaşayacaq”.

Deputat əlavə edib ki, şad və ağır dövrlərdə gürcü və Azərbaycan xalqlarının dostluğu Gürcüstanın firavanlığına təkan və dəstək olub: “İnanıram ki, yaranan vəziyyətdən də birgə şərəflə çıxacağıq”.

Digər xəbərlər