• 28.05.2020

Marneulidən olan 9 günlük körpənin vəziyyəti açıqlanıb

 Marneulidən olan 9 günlük körpənin vəziyyəti açıqlanıb

Marneulidən Tbilisiyə ağır vəziyyətdə çatdırılan 9 günlük körpənin vəziyyəti kritik olaraq qalır.

NewsBureau xəbər verir ki, bu barədə uşağın yerləşdirildiyi Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

O deyib ki, körpənin koronavirusla bağlı testinin nəticəsi bu günün sonunda məlum olacaq.

Uşağın anasının da koronavirusa yoluxub-yoluxmaması hələ müəyyən edilməyib. Klinikada analizlərin cavablarını gözləyirlər.

Digər xəbərlər