• 30.03.2020

Marneuli və Bolnisidə ciddi karantinin üçüncü günü – FOTOLAR

 Marneuli və Bolnisidə ciddi karantinin üçüncü günü – FOTOLAR

Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi üçüncü gündür davam edir.

NewsBureau xəbər verir ki, Gürcüstanın Müdafiə Qüvvələrinin birləşmələri və Daxili İşlər Nazirliyi hər iki rayonda məhdudiyyətlərin yerinə yetirilməsinə nəzarət həyata keçirir.

Nəzarət 24 saat ərzində gecə-gündüz rejimdə davam etdirilir.  

İkinci dərəcəli yollara nəzarət məqsədilə yaradılan xüsusi nəzarət-buraxılış məntəqələri də fasiləsiz fəaliyyətdədir. İstənilən qayda pozuntusuna cəhdin qarşısı dərhal alınır.

Digər xəbərlər