• 30.03.2020

Marneuli və Bolnisidə 20 mindən çox şəxs tibbi yoxlamadan keçirilib

 Marneuli və Bolnisidə 20 mindən çox şəxs tibbi yoxlamadan keçirilib

“Marneuli və Bolnisidə 20 mindən çox yerli sakin tibbi yoxlanışdan keçirilib”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

O deyib ki, həmin şəxslərin yalnız 25-də yüksək temperatur qeydə alınıb: “Həmin şəxslər tibbi nəzarət altına alınıblar”.

Mətbuat katibi hər iki rayonun ərzaq təminatında problemin olmadığını qeyd edib: “Ərzaq mağazası şəbəkələri adi qaydada fəaliyyət göstərir. Bəzi kiçik kəndlərdə qida məhsullarının tədarükü ilə bağlı müəyyən problemlər yaran bilər, lakin gecikmələr tez bir zamanda aradan qaldırılır”.

Digər xəbərlər