• 05.07.2020

Gürcüstanda koronavirusdan 10-cu pasiyent sağalıb

 Gürcüstanda koronavirusdan 10-cu pasiyent sağalıb

Gürcüstanda koronavirusdan sağalanların sayı 10-a çatıb.

NewsBureau xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, həmin şəxs xəstəxananı artıq tərk edib.

Qeyd edək ki, ölkədə koronavirusa 73 yoluxma halı təsdiqlənib. Hazırda aktiv virus infeksiyası daşıyıcılarının sayı 63 nəfərdir.

Digər xəbərlər