Gürcüstanda koronavirusa yoluxma sayı 75-ə çatıb

 Gürcüstanda koronavirusa yoluxma sayı 75-ə çatıb

Gürcüstanda koronavirusa daha iki yoluxma halı aşkarlanıb.

NewsBureau xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin yaratdığı www.stopcov.ge saytında yerləşdirilib.

Bununla təsdiqlənən koronavirus hallarının sayı 75-ə çatıb. Virusa yoluxanların 10-u tam sağalaraq evə buraxılıb. Aktiv virus xəstələrinin sayı 65 nəfərdir.

Hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər var.

Digər xəbərlər