• 02.07.2020

Marneulidə insident: 2 gənc saxlanılıb

 Marneulidə insident: 2 gənc saxlanılıb

Ötən gün Marneulidə insident baş verib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, alkoqollu içkinin təsiri altında olan 24 və 21 yaşlı iki şəxs polis və təcili tibbi yardım xidmətinə şifahi və fiziki təzyiq göstərərək onların işinə mane olub.

Hər iki gənc saxlanılıb. Onlar polis əməkdaşlarına müqavimət göstərmək, ictimai asayişi pozmaq və hüquq mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda ittiham edilirlər.

Faktla bağlı cinayət işi açılıb. Bu cinayət əməlinə qarşı 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulub.

Qeyd edək ki, ötən gündən Marneulidə koronavirusla bağlı ciddi karantin rejimi tətbiq olunur.

Digər xəbərlər