• 31.05.2020

Gürcüstanda əsl bahar havası olacaq – PROQNOZ

 Gürcüstanda əsl bahar havası olacaq – PROQNOZ

Martın 24-də Gürcüstanda havanın mülayim, əsasən yağmursuz keçəcəyi proqnoz olunur.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Ölkənin qərbində hava 19-24, şərqində isə 13-18 dərəcəyədək istiləşəcək.

Martın 25-26-da ayrı-ayrı rayonlarda qısamüddətli yağıntılar gözlənilir. Ölkənin həm qərb, həm də şərq hissəsində sürəti saniyədə 10-15 metr olan qərb küləyi əsəcək.

Sinoptiklər Tbilisidə havanın dəyişkən keçəcəyini proqnoz edirlər. Şəhərdə gecə saatlarında temperatur +9, günorta isə +17 dərəcə təşkil edəcək.

Digər xəbərlər