• 31.05.2020

Koronavirusa yoluxan marneulili qadının hazırkı durumu necədir?

 Koronavirusa yoluxan marneulili qadının hazırkı durumu necədir?

Koronavirus diaqnozu yoluxan 62 yaşlı Marneuli sakini olan qadının vəziyyəti nisbətən yaxşılaşıb.

NewsBureau xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

O, qadının hazırkı durumunun sabit olduğunu deyib: “Pasiyentin hazırkı tibbi göstəriciləri günün birinci yarısı ilə müqayisədə nisbətən yaxşıdır”.

Qeyd edək ki, qadın ötən gün ağır vəziyyətdə Marneulidən Tbilisiyə çatdırılıb.

Digər xəbərlər